09:00 - Bu gün Aşuradır
00:05 - Günün qoroskopu-08.08.2022
23:41 - ABŞ azərbaycanlı gənclərə diplomatik təcrübə keçəcək
22:30 - Ermənistan ordusunun hərbçiləri ölüb
21:30 - Ərdoğan yerli “Togg” elektrik avtomobilini sınaqdan keçirib
18:30 - Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib (VİDEO)
18:10 - Azərbaycanda son sutkada peyvənd olunanların sayı açıqlanıb
18:00 - Azərbaycanda daha 469 nəfər COVID-19-a yoluxub
17:57 - İsrail Misirin vasitəçiliyi ilə Qəzzada atəşkəslə bağlı danışıqlar aparır
16:57 - Rusiyada koronavirusa yoluxanların sayı kəskin artıb
15:23 - Antalyada zəlzələ olub
14:30 - Əfqanıstanın paytaxtında partlayış baş verib
12:50 - Sabah yağış yağacaq, külək əsəcək
11:48 - Ceyhun Bayramov Türkiyəyə səfər edəcək
09:47 - Musiqi, incəsənət, rəssamlıq, muğam məktəblərinin müəllimləri üçün imtahan keçiriləcək
Qazaxıstanda konstitusiya referendumu baş tutmuş sayılıb
Qazaxıstanda konstitusiyaya əlavə və dəyişikliklər üzrə referendum sakit şəraitdə keçib və baş tutmuş hesab edilib. Belə ki, səsvermədə iştirak edənlərin sayı zəruri olan 50 faiz həddini ötüb.
NAXCİVANXEBERLERİ.COM Kazinform agentliyinə istinadla xəbər verir ki, Mərkəzi referendum komissiyasının məlumatına görə, ölkə üzrə bütün məntəqələr bağlanarkən 68,44 faiz seçici fəallığı qeydə alınıb. Referendumun ilkin nəticələri gecə saatlarında yerli telekanallar ekzitpolun məlumatlarını elan etdikdən sonra məlum olacaq.
Ölkə qanunvericiliyinə əsasən, Mərkəzi referendum komissiyası yekun nəticələri səsvermədən sonrakı yeddi gün ərzində dərc etməlidir.
Konstitusiyaya əlavə və dəyişikliklər edilməsinə dair referendum keçirilməsi təşəbbüsünü Prezident Kasım-Jomart Tokayev aprelin 29-da Qazaxıstan xalqları assambleyasının sessiyasında irəli sürüb. Təklif olunan dəyişikliklərə əsasən, dövlət başçısının səlahiyyətləri azaldılır, parlamentin və yerli nümayəndəli orqanların rolu əhəmiyyətli dərəcədə gücləndirilir, Konstitusiya Məhkəməsi yaradılır, həmçinin ölkənin birinci prezidenti Nursultan Nazarbayevin statusu haqqında müddəa konstitusiyadan çıxarılır.