SON DƏQİQƏ

naxcivanxeberleri.com

Məşhur futbolçu bu gün karyerasını başa vuracaq

Məşhur futbolçu bu gün karyerasını başa vuracaq
20-05-2019, 19:27

İspaniya milli komandasının və “Barselona”nın sabiq futbolçusu Xavi Hernandes bu gün peşəkar karyerasını başa vuracaq.

NAXCİVANXEBERLEFRİ.COM xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi bu barədə “Instagram” səhifəsində yazıb.

Asiya Çempionlar Liqasında İran “Persepolis” ilə matç Qətərin “Əl Sədd” klubunun formasını geyinən Xavi üçün sonuncu olacaq. Oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Xavi karyerası ərzində yalnız iki klubda çıxış edib. İspaniya millisi ilə dünya və Avropa çempionu olan məşhur futbolçu Kataloniya klubunun heyətində mümkün olan bütün mükafatları əldə edib. O, AVRO-2008-in ən yaxşı futbolçusu seçilib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031