SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkiyə səfiri azərbaycanlı xanım aşıqla birgə Gürcüstan parlamentində görüş keçirib-FOTO

Türkiyə səfiri azərbaycanlı xanım aşıqla birgə Gürcüstan parlamentində görüş keçirib-FOTO
12-05-2022, 12:22

Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan tanınmış aşıq Nargilə Mehtiyeva ilə birgə bu ölkənin parlamentində olub.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, qanunverici orqanın Mədəniyyət komitəsinin rəhbəri Eliso Bolkvadze ilə keçirilən görüşdə Türkiyə və Gürcüstan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə olunub.

Bildirilib ki, Gürcüstan-Türkiyə diplomatik əlaqələri və dostluq münasibətləri haqqında sənədli filmin hazırlanması planlaşdırılıb və birgə yaradılacaq ekran əsəri ilə bağlı yaxın zamanlarda layihə yazılacaq.

Qeyd olunub ki, Batumi Beynəlxalq Musiqi və İncəsənət Festivalı çərçivəsində iki ölkə arasında diplomatik əlaqələrin bərpasının 30-cu ildönümünə həsr olunacaq gecə təşkil ediləcək. Tərəflər azərbaycanlı xanım musiqiçinin də mərasimə cəlb olunması imkanlarını müzakirə ediblər.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031