SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Real Madrid”in yay fasiləsi üçün transfer büdcəsi müəyyənləşib

“Real Madrid”in yay fasiləsi üçün transfer büdcəsi müəyyənləşib
18-05-2019, 12:42

İspaniyanın “Real Madrid” klubunun yay fasiləsi üçün transfer büdcəsi müəyyənləşib.

NAXCİVANXEBERLERİ.COM “Marca”ya istinadən xəbər verir ki, paytaxt klubu oyunçularının satışından 200 milyon avro əldə etməyi planlaşdırır. “Real Madrid” rəhbərliyi yeni futbolçuların alınası üçün əlavə 100 milyon avro da ayırmağı düşünür. Beləliklə, “kral klubu”nun transfer büdcəsi 300 milyon avro təşkil edəcək.

Bildirilir ki, bu, yekun məbləğ olmaya da bilər. Məsələn, Fransa PSJ-si Neymarı satmaq istəsə, büdcənin artırılması nəzərdə tutulub.

Qeyd edək ki, “Real Madrid” Portuqaliya “Portu”su ilə müdafiəçi Eder Militaonun, Braziliya “Santos”u ilə isə cinah yarımmüdafiəçisi Rodriqonun keçidini razılaşdırıb. İspanlar bu futbolçulara müvafiq olaraq 45 və 50 milyon avro ödəyəcək. Bundan başqa Almaniya “Ayntraxt”ından forvard Luka Yoviçin də 60 milyon avro qarşılığında transferi üçün razılıq əldə olunduğu bildirilir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031