SON DƏQİQƏ

naxcivanxeberleri.com

Gürcüstanda azərbaycanlı müəllimlər Aİ və NATO-ya inteqrasiya seminarında iştirak edəcəklər

Gürcüstanda azərbaycanlı müəllimlər Aİ və NATO-ya inteqrasiya seminarında iştirak edəcəklər
6-12-2018, 20:15 158 dəfə baxılıb

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili ölkənin müxətlif bölgələrindən olan azərbaycanlı, eməni və digər milli azlıqların nümayəndələri ilə görüşüb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə,“Report”un Gürcüstan bürosu xəbər verir ki, görüş iştirakçılarına Gürcüstanın Avropa və avroatlantik strukturlara inteqrasiyası ilə bağlı məlumat təqdim olunub.

K.Tsixelaşvili etnik azlıqların icmalarında antiqərb təbliğatı ilə bağlı problemlərin olduğunu bildirib: “Biz NATO-nun Gürcüstandakı ofisi, Avropa İttifaqı və NATO İnformasiya Mərkəzi ilə birgə etnik azlıqların nümayəndələri ilə mütəmadi olaraq görüşlər keçirərək onlara Gürcüstanın Avropa və avroatlantik strukturlara inteqrasiyası barədə ətraflı məlumatlar təqdim edirik. Gürcüstanın hər bir vətəndaşının ölkənin bu sahədə əldə etdiyi nailiyyətlər barədə məlumatlı olması çox vacibdir”.

Görüşdə qeyd olunub ki, milli azlıqları təmsil edən müəllimlər üçün “NATO - sülhlü və sabit inkişaf üçün seçim” mövzusunda tədris seminarı təşkil olunacaq. Layihə çərçivəsində müəllimlərlə müxtəlif hökumət qurumlarında və diplomatlarla görüşlər keçiriləcək.

NATO-nun Gürcüstandakı ofisinin rəhbəri Rozaria Puqlis də görüşdə iştirak edib.

Seyfur Hacımuradov

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728