SON DƏQİQƏ

naxcivanxeberleri.com

Almaniyada uçan elektrotaksi sınaqdan keçirildi

Almaniyada uçan elektrotaksi sınaqdan keçirildi
16-05-2019, 23:11

Almaniyanın "Lilium" startap şirkəti uçan elektrik taksisinin prototipini havaya buraxıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, 5 yerlik taksinin sınağı Münhen şəhəri yaxınlığında aerodromda keçirilib.

Qeyd olunur ki, 1,5 ton çəkili avtomobil şaquli vəziyyətdə havaya qalxıb və bir müddət havada asılı qalıb. Avtomobil məsafədən idarə olunub.

Növbəti sınaqlarda taksinin bir neçə manevr edəcəyi və üfüqi uçuş həyata keçirəcəyi gözlənilir.

2025-ci ildən başlayaraq Almaniyanın azı 2 şəhərində uçan elektrik taksilərin kommersiya fəaliyyəti nəzərdə tutulur. Bu taksilər bir saat müddətində uçuş keçirmək qabiliyyətindədir və maksimal sürətləri saatda 300 kilometrədək çatacaq.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031