SON DƏQİQƏ

naxcivanxeberleri.com

Misirdə 47 xüsusi təhlükəli ekstremist məhv edilib

Misirdə 47 xüsusi təhlükəli ekstremist məhv edilib
16-05-2019, 20:52

Son vaxtlar Misir Silahlı Qüvvələrinin polislə birlikdə Sinay yarımadasının şimalında və mərkəzi hissəsində apardığı antiterror əməliyyatı zamanı 47 xüsusi təhlükəli ekstremist məhv edilib.

NAXCİVANXEBERLERİ.COM Misir Silahlı Qüvvələrinin bəyanatına istinadla xəbər verir ki, əməliyyat zamanı terrorçuların istifadə etdikləri sığınacaqlar və nəqliyyat vasitələri məhv edilib, 385 partlayıcı qurğu zərərsizləşdirilib, külli miqdarda silah və hərbi sursat, habelə partlayıcı maddə müsadirə olunub, müxtəlif cinayətlərin törədilməsində şübhəli bilinən 100-dən çox adam tutulub.

Bəyanatda deyilir ki, antiterror əməliyyatı zamanı Misirin üç hərbi qulluqçu həlak olub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031