SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şanxayda bina çöküb

Şanxayda bina çöküb
16-05-2019, 20:34

Çinin şərqində yerləşən Şanxay şəhərində binanın çökməsi nəticəsində az 7 nəfər həlak olub.

NAXCİVANXEBERLERİ.COM xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə yerli administrasiya məlumat yayıb.

İnsident gündüz saatlarında Çannin rayonunda "Mercedes-Benz” kompaniyasının təmir işləri aparılan diller mərkəzində baş verib. Ümumi sahəsi 3 min kvadratmetr olan binanın təxminən min kvadratmetri çöküb. Hadisə nəticəsində çox sayda insan dağıntıların altında qalıb.

"Yerli vaxtla saat 18:10-a olan məlumata əsasən xilasedicilər 21 nəfəri dağıntıların altından çıxarıb, həkimlərin səylərinə baxmayaraq, onlardan 7-nin həyatını xilas etmək mümkün olmayıb”, - deyə Şanxay hökumətinin mətbuat xidmətinin bəyanatında deyilir.

Dağıntıların altında hələ iki nəfərin qaldığı bildirilir. Xilasetmə işləri davam edir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031