00:05 - FHN Naxçıvanda hiss olunan zəlzələ ilə bağlı məlumat yayıb
00:00 - Günün qoroskopu - 29.01.2023
23:34 - "TeamGym" üzrə Avropa çempionatı Bakıda keçiriləcək
23:14 - AMEA və Türkiyə Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb-FOTO
22:56 - İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub
22:47 - İlham Əliyev Tehrandakı terrorla bağlı istintaqın şəffaf şəkildə aparılmasının vacibliyini bildirib
22:43 - Gəncədə zəlzələ olub
22:33 - İbrahim Rəisi Prezident İlham Əliyevə zəng edib
22:30 - Naxçıvanda 5,3 ballıq zəlzələ olub
22:17 - Naxçıvanda zəlzələ oldu
22:11 - Ermənistanın Azərbaycana qarşı törətdiyi EKOLOJİ TERROR
21:56 - Azərbaycan Prezidenti İsraildə törədilən terror aktı ilə bağlı başsağlığı verib
Rusiya ordusu Ukraynanın İzyum şəhərini ələ keçirib
Rusiya ordusu bu gün Ukraynanın Xarkov vilayətinin İzyum şəhəri üzərində nəzarəti ələ keçiriblər. Şəhər yerli satqınların hərəkətləri işğalçılar tərəfindən tam blokadaya alınıb.
NAXCİVANXEBERLERİ.COMxəbər verir ki, bu barədə “RBC-Ukraina” İzyum Şəhər Şurasının departament rəhbəri Maksim Strelnikə istinadən xəbər verir.
Onun sözlərinə görə, martın 26-da yerli satqınlar Rusiya hərbçiləri şəhərin cənub hissəsinə aparıblar. Bu, İzyuma humanitar yardımın çatdırılması yolunun tamamilə blokadaya alınmasına və qəsəbə sakinlərinin təxliyyəsinin mümkünsüzlüyünə gətirib çıxarıb.
“Həmçinin düşmən də bu vəziyyətdən istifadə edərək İzyumu tutmağa başlayıb. Belə bir təhlükəni nəzərə alan Ukrayna Silahlı Qüvvələri şəhərin blokadadan çıxarmaq üçün hərbi tədbirlər həyata keçirib”, - o deyib.
“Təəssüf ki, Rusiya işğalçılarının say üstünlüyü və yerli satqınların satqınlığı aprelin 1-də İzyum üzərində müvəqqəti düşmən nəzarətinin yaradılmasına gətirib çıxardı”, - Strelnik qeyd edib.
O vurğulayıb ki, şəhər uğrunda döyüş hələ başa çatmayıb və Ukrayna ordusu tezliklə İzyumu işğalçılardan azad edəcək.