SON DƏQİQƏ

naxcivanxeberleri.com

Fransada Araz vadisinin qədim mədəniyyətlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib - FOTO

Fransada Araz vadisinin qədim mədəniyyətlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib - FOTO
15-05-2019, 15:25

Mayın 14-15-də Fransanın Lion şəhərində Araz vadisinin qədim mədəniyyətlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, tədbir Fransa Milli Araşdırmalar Mərkəzi və İran İslam Respublikasının Təbriz İslam İncəsənət Universitetinin təşkilatçılığı ilə baş tutub.

“Araz çayı son preistoriya dövründə: körpü, yoxsa sərhəd" mövzusunda keçirilən tədbirdə AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, Naxçıvanla bağlı geniş araşdırmalar aparan arxeoloqlar - dosent Katerine Maro, Savaş Sarıaltun, Nikolas Gailhard və Marie Orange öz məruzələrində Naxçıvantəpədəki arxeoloji qazıntılar, Sirabçay vadisinin abidələri, Duzdağ və obsidianların tədqiqi ilə bağlı məlumat veriblər.
Konfransdakı məruzələrin tezisləri üz qabığında Naxçıvanın görüntüsü yer alan kitabçada nəşr olunub.


Fransada Araz vadisinin qədim mədəniyyətlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib - FOTO

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031