14:35 - Ermənistanın baş naziri və Aİ Şurasının Prezidenti arasında telefon danışığı olub
14:30 - 31 martda soyqırımına məruz qalan azərbaycanlıların xatirəsi Eskişehirdə anılıb-FOTO
14:25 - Ekspert: “Azərbaycanın İsraildə səfirliyinin açılması əməkdaşlığı daha da səmərəli edəcək”
14:22 - XİN: "Ermənistan qüvvələrini tam olaraq Azərbaycan ərazisindən çıxarmalıdır"
14:20 - Rəsmi Bakı: "Azərbaycan heç zaman mülki əhalini hədəf almayıb"
14:15 - İshak Hersoq: “İsrail Azərbaycanla münasibətlərin inkişafına önəm verir”
14:10 - Azərbaycan XİN başçısı İsrail Prezidentini Ermənistanın təxribatları barədə məlumatlandırıb
14:07 - Azərbaycan XİN Nikol Paşinyana cavab verib
13:50 - Ceyhun Bayramov İsrail Prezidentinə təşəkkür edib-FOTO
13:45 - Ariel Kohen: “Azərbaycan səfirliyinin açılması İsrail ilə əməkdaşlıqda mühüm mərhələdir”
13:35 - İlahi eşq sonsuzluğa səfərdir
Ukrayna Xarkov yaxınlığında bəzi istiqamətlərdə əks-hücuma keçib
Ukraynanın müdafiə qüvvələri İzyum şəhəri yaxınlığında Rusiya təyyarəsini vurub və Xarkov yaxınlığında bəzi istiqamətlərdə əks-hücuma keçib.
NAXCİVANXEBERLERİ.COM UNİAN-a istinadən xəbər verir ki, bu barədə Xarkov Regional Hərbi Administrasiyasının sədri Oleq Sinequbov teleqram kanalında bildirib.
“İzyum istiqamətində döyüşlər davam edir. Bu gün Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə bölmələri İzyum vilayətində Rusiyaya məxsus “Su-34” qırıcısını məhv edib. Bu, düşmən ordusunun ən yeni təyyarələrindən biridir”, - O.Sinegubov yazıb.
Eyni zamanda, Ukrayna Silahlı Qüvvələri Xarkov yaxınlığında mövqelərini qorumaqda davam edir, bəzi istiqamətlərdə isə əks-hücum əməliyyatına başlayıblar.
“Ötən gecə Xarkovda atışma davam edib, işğalçılar uzaqmənzilli silahlardan zərbələr endiriblər - təxminən 15 dəfə. Gecə saatlarında Xarkov xilasediciləri işğalçıların açdığı atəş nəticəsində Moskva və Sloboda rayonlarında yaranan yanğınları söndürmək üçün hadisə yerinə gediblər”, - məlumatda deyilir.
Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri işğalçıları digər yaşayış məntəqəsindən - Qusarovkadan qovub.