00:05 - FHN Naxçıvanda hiss olunan zəlzələ ilə bağlı məlumat yayıb
00:00 - Günün qoroskopu - 29.01.2023
23:34 - "TeamGym" üzrə Avropa çempionatı Bakıda keçiriləcək
23:14 - AMEA və Türkiyə Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb-FOTO
22:56 - İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub
22:47 - İlham Əliyev Tehrandakı terrorla bağlı istintaqın şəffaf şəkildə aparılmasının vacibliyini bildirib
22:43 - Gəncədə zəlzələ olub
22:33 - İbrahim Rəisi Prezident İlham Əliyevə zəng edib
22:30 - Naxçıvanda 5,3 ballıq zəlzələ olub
22:17 - Naxçıvanda zəlzələ oldu
22:11 - Ermənistanın Azərbaycana qarşı törətdiyi EKOLOJİ TERROR
21:56 - Azərbaycan Prezidenti İsraildə törədilən terror aktı ilə bağlı başsağlığı verib
BMqT 123 Azərbaycan vətəndaşının Ukraynadan çıxarılmasına kömək edib
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyi Rusiya ilə münaqişə başladıqdan sonra 123 Azərbaycan vətəndaşının Ukraynadan çıxarılmasında hökumətə kömək edib. Bu barədə NAXCİVANXEBERLERİ.COM-a BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Gyorgiyev bildirib.Onun sözlərinə görə, təşkilat ümumilikdə 200 vətəndaşın qayıtmasına yardım göstərməlidir: “BMqT-nin dəstəyi ilə 200 nəfər Vətənə qayıtmalı idi. Dəqiqləşdirə bildik ki, onlardan 123 nəfəri Polşanın Krakov şəhərini tərk edərək Rumıniyanın Buxarest şəhərinə yollanırlar. Oradan Azərbaycan hökuməti onların Vətənə daşınmasını təmin edəcək. Bəzən ən həssas şəxslərin qayıtması prioritet hesab olunur, amma son nəticədə, hər kəsin evə qayıtmaq hüququ var".O, təşkilatın münaqişədən əziyyət çəkmiş Azərbaycan vətəndaşlarına sürətli dəstək göstərməyə hazır olduğunu əlavə edib: "Azərbaycan vətəndaşlarının Ukraynadan qaytarılması üzrə işlər bir sıra hökumət qurumları və BMqT missiyalarının birgə fəaliyyəti nəticəsində həyata keçirilir. Hazırkı vəziyyət səbəbindən Ukraynanı tərk edən Azərbaycan vətəndaşlarına məhz bu yolla kömək etməyə çalışırıq... Birgə fəaliyyətin məqsədi Azərbaycan vətəndaşlarını özlərini təhlükəsizlikdə hiss edəcəkləri evlərinə ən qısa müddətdə və ən uyğun vasitə ilə qaytarmaqdır”.