SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ebola qurbanlarının sayı 1100 NƏFƏRİ KEÇDİ

Ebola qurbanlarının sayı 1100 NƏFƏRİ KEÇDİ
12-05-2019, 17:25

Keçən ilin iyulundan indiyə qədər Konqo Demokratik Respublikasında "Ebola" hemorragik qızdırma virusuna yoluxan 1100-dən çox adam ölüb.

NAXCİVANXEBERLERİ.COM xarici mediaya istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi ümumilikdə, ölkədə 1649 yoluxma halının aşkarlandığını açıqlayıb.

Bunlardan 1561-i laboratoriya müayinəsi nəticəsində təsdiqlənib, 88 nəfərin isə virusa yoluxduğu ehtimal olunur. Nazirlikdən bildirilib ki, virusdan 1105 nəfər ölüb, 444 nəfər müalicə alaraq sağalıb.

Qeyd edək ki, "Ebola" epidemiyası 2015-ci ildən Qərbi Afrikada geniş yayılıb və əsasən üç ölkədə - Qvineya, Syerra Leone və Liberiyada rast gəlinib.

Konqo Demokratik Respublikasında "Ebola" virusunun mövcud yayılması 2018-ci ilin iyul ayının sonundan başlayıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031