SON DƏQİQƏ

naxcivanxeberleri.com

Neft tankerinin yedək gəmi ilə toqquşması nəticəsində Hyuston kanalına tonlarla neft axıb

Neft tankerinin yedək gəmi ilə toqquşması nəticəsində Hyuston kanalına tonlarla neft axıb
11-05-2019, 15:24

ABŞ-ın Texas ştatındakı gəmiçiliyə yararlı Hyuston kanalında neft tankerinin neft məhsulları daşıyan iki barjanın nəqlinə yardım edən yedək gəmi ilə toqquşması nəticəsində tonlarla neft məhsulları suya axıb.

NAXCİVANXEBERLERİ.COM "RİA Novosti"yə istinadən xəbər verir ki, toqquşma nəticəsində barjalardan biri aşıb, ikincisi isə zədələnib.

Barjaların hər biri təxminən 25 min ton neft məhsulu daşıyırmış. Sızma və axmanın miqyası barədə hələlik dəqiq məlumat yoxdur. Hadisənin mümkün ola biləcək zərərçəkənləri barədə də hələlik heç bir açıqlama yayılmayıb.

Qeyd olunub ki, neft məhsullarının axmasının nəticələrinin aradan qaldırılması üzrə əməliyyatlarda profil xidmət orqanlarının əməkdaşları iştirak edirlər. Hyuston limanından yanğınsöndürən gəmi hadisə yerinə gəlib. Həmçinin prosesə xilasetmə xidmətlərinin əməkdaşları da cəlb olunub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031