SON DƏQİQƏ

16:37 - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan "TEKNOFEST Azərbaycan" festivalına qatılıblar - FOTO, YENİLƏNİB

16:19 - Ərdoğan: “Akıncı” PUA-sı İstanbuldan Bakıya dayanmadan uçmaqla rekorda imza atıb”

16:09 - Ərdoğan: "Məqsədlərimizin reallaşması üçün Azərbaycanla koordinasiyalı fəaliyyətimizi davam etdirəcəyik"

16:06 - Prezident İlham Əliyev: "Türkiyənin artan gücü bizi də gücləndirir"

15:56 - Ərdoğan: "Kimsənin torpağına göz dikməmişik, amma kimsəyə verəcək torpağımız da yoxdur"

15:53 - İlham Əliyev: "Gənclər üçün Əziz Səncər kimi insanlar örnəkdir, nümunədir"

15:51 - Türkiyə Prezidenti: "Sizə Qarabağ deyəndə ürəyində fırtınalar olan 85 milyon vətəndaşımızın salamını gətirmişəm"

15:45 - Ərdoğan: "Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim çıxara bilər?! İki qardaşı kim ayıra bilər?!"

15:43 - Türkiyə Prezidenti: "Şəhidimiz Xudayarın türkü söylədiyi diyarlara salam və sevgimi göndərirəm"

15:41 - Ərdoğan: "Can Azərbaycanın müstəqillik günündə sizinlə birlikdə olmaqdan məmnunam"

15:38 - Dövlət başçısı: "Türkiyə-Azərbaycan qardaşlığı bölgə üçün, dünya üçün çox önəmli faktordur"

15:33 - İlham Əliyev: "Biz yaxşı günlərdə də, çətin günlərdə də bir-birimizin yanındayıq"

15:25 - Azərbaycan Prezidenti: "Əziz qardaşımın bizimlə bərabər olması ikiqat bayramdır"

15:15 - İnsan sağlamlığını təhdid edən xəstəliklər barədə maarifləndirici konfrans keçirilib - FOTO

15:10 - MN: "Ermənistan mətbuatında yayılan məlumat dezinformasiyadır"

naxcivanxeberleri.com

Meksika mətbuatında 20 Yanvar faciəsindən bəhs edilib

Meksika mətbuatında 20 Yanvar faciəsindən bəhs edilib
25-01-2022, 14:00

Meksikanın nüfuzlu mətbu orqanlarından olan “Excelsior” qəzetində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar bu ölkədəki səfirimiz Məmməd Talıbovun müsahibəsi əsasında “Azərbaycanı azadlığa aparan faciəvi gün” başlıqlı yazı dərc olunub.

Azərbaycanın Meksikadakı Səfirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, yazıda 32 il öncə Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsinə son qoymaq üçün sovet ordusunun paytaxt Bakıya daxil olaraq dinc əhaliy qarşı qətliam törətdiyi, ancaq ittifaq rəhbərliyinin öz məqsədinə nail olmadığı, bu faciəvi hadisələrdən sonra Azərbaycanın öz müstəqilliyini bərpa etdiyi və nəticədə azadlığın tiranlıq üzərində qələbəsinin təcəlla etdiyi bildirilir.

Müsahibədə “Qara Yanvar” faciəsinin beynəlxalq hüquq əsasında insanlıq əleyhinə cinayət olduğunu söyləyən M.Talıbov, bu cinayətə gərəkli beynəlxalq hüquqi-siyasi qiymət verilməli olduğu və qətliamın başlıca səbəbkarı, həmin il Nobel Sülh mükafatı ilə təltif edilmiş ovaxtı sovet rəhbərinin beynəlxalq ədalət qarşısında cavab verməsi gərəkdiyini qeyd edib.

Müsahibədə, həmçinin Azərbaycana qarşı erməni təcavüzünün tarixi və işğaldan azad olunmuş ərazilərdə ölkəmiz tərəfindən görülən işlər barədə məlumat verilir.

Sonda 20 Yanvar faciəsi və dövlət müstəqilliyinin bərpasından bu günədək keçən müddət ərzində Azərbaycanın sürətli inkişaf yolu keçdiyi və siyasi-iqtisadi cəhətdən Cənubi Qafqaz regionunun lider dövlətinə çevrildiyi deyilir.

Mövzu ilə əlaqədar, həmçinin Meksikanın nüfuzlu “Contra Replica” qəzetində M.Talıbovun “Azadlığın tiranlıq üzərində qələbəsi” başlıqlı məqaləsi də dərc olunub.

https://www.excelsior.com.mx/global/el-dia-tragico-que-llevo-a-azerbaiyan-a-lograr-su-libertad/1494292

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    May 2022    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031