SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq arzusundadır - Nikol Paşinyan

Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq arzusundadır - Nikol Paşinyan
24-01-2022, 22:12

Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq, diplomatik əlaqələr qurmaq və sərhədləri açmaq arzusundadır.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan öz "Facebook" səhifəsində onlayn formatda keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Ermənistan Ankara ilə danışıqlar dinamikasının saxlanılması təqdirdə Türkiyə tərəfinin Antalyada keçiriləcək diplomatik forumda iştirak etmək dəvətini qəbul edə bilər:

"Biz artıq Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması üzrə xüsusi nümayəndələrin görüşünü keçirmişik. Və əgər bu dinamika davam edərsə, o zaman Ermənistanın Antalyada keçiriləcək diplomatik forumda iştirak etmə ehtimalı yüksəkdir. Söhbəti davam etdirmək fürsətini əldən versək, məntiqsiz olar. Qeyd edək ki, dünya birliyi münasibətlərin tənzimlənməsi prosesini dəstəkləyir, o cümlədən Rusiya, Aİ, ABŞ, region dövlətləri".

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031