SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkiyəyə son yarım əsrin ən güclü qarı yağıb

Türkiyəyə son yarım əsrin ən güclü qarı yağıb
19-01-2022, 20:35

Türkiyənin cənubundakı Qaziantep vilayətində son 54 ilin ən güclü qarı nəqliyyat əlaqələrini iflic edib.

NAXCİVANXEBERLERİ.COM "Milliyet"ə istinadən xəbər verir ki, əyalətin müxtəlif rayonlarında qar örtüyünün qalınlığı 0,5-1 metr arasında olub.

Qar səbəbindən yükdaşıma üçün istifadə olunan şəhərlərarası marşrutları bağlanıb.

Türkiyə Müdafiə Nazirliyi dağlıq ərazilərdə blokadada olan əhalinin təxliyəsi üçün bölgəyə iki hərbi helikopter göndərib. Respublika Fövqəladə Hallar Departamenti və yerli icra hakimiyyəti orqanları yolların təmizlənməsinə 900-ə yaxın xüsusi texnika cəlb edib.

Qaziantepdə bir metrlik qar təbəqəsi sonuncu dəfə 1968-ci ildə qeydə alınıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Mart 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031