SON DƏQİQƏ

naxcivanxeberleri.com

Nikol Paşinyan Avropa Məhkəməsində Ermənistana qalib gəlib

Nikol Paşinyan Avropa Məhkəməsində Ermənistana qalib gəlib
18-01-2022, 16:09

Avropa İnsan Hüquqları Məhkəməsi (ECHR) “Nikol Paşinyan Ermənistana qarşı” davasına dair qərarını açıqlayıb.

NAXCİVANXEBERLERİ.COM qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsi, həmçinin 5-ci maddəsinin 1-ci bəndi pozulub.

Ermənistan Baş naziri Nikol Paşinyanın iddiası 2008-ci il 19 fevral tarixli prezident seçkilərilə bağlıdır. Seçkilər zamanı namizədlərdən biri, sabiq dövlət başçısı Levon Ter-Petrosyanın fəal tərəfdarı və seçki qərargahının üzvü olan N.Paşinyan bildirib ki, martın 1-də İrəvandakı Azadlıq meydanında çadırlar quran mitinq iştirakçılarına polis hücum edib və onları qəddarlıqla döyüb. 

2009-cu ilin 3 iyul tarixində N.Paşinyan İrəvan şəhəri Kentron və Nork Maraş Dairə Məhkəməsi tərəfindən 2 ay müddətli həbs cəzasına məhkum edilib.

ECHR-a şikayət ərizəsində N.Paşinyan həmin qərarın qanunsuz olduğunu bildirib.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    May 2022    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031