SON DƏQİQƏ

naxcivanxeberleri.com

Fransa koronavirusa qarşı "Novavax" peyvəndinin istifadəsinə icazə verib

Fransa koronavirusa qarşı "Novavax" peyvəndinin istifadəsinə icazə verib
15-01-2022, 10:27

Fransa Ali Səhiyyə Komitəsi (HAS) ABŞ-ın "Novavax" şirkəti tərəfindən istehsal olunan "Nuvaxovid" dərmanını koronavirusa qarşı peyvənd kampaniyasının bir hissəsi kimi istifadə etməyi tövsiyə edib.

Bu barədə müvafiq açıqlama Komitənin saytında dərc olunub.

Bildirilib ki, bu dərman təsdiqlənmiş digər dörd dərmandan biri ilə ilk dozasını vurduranlar üçün ikinci doza kimi də istifadə oluna bilər. Eyni zamanda, Komitə "Nuvaxovid" dərmanını revaksinasiya üçün istifadəsini tövsiyə etmir, çünki bu dərmanın istifadəsi ilə bağlı hələ də az məlumat var və EMA-dan lazımi icazə yoxdur.

Bundan əlavə, qurum "Janssen" şirkətinin istehsalı olan dərmanın əhalinin revaksinasiyası üçün istifadəsini təsdiqləyib.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31