SON DƏQİQƏ

naxcivanxeberleri.com

Pakistanda ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib

10-05-2019, 11:58

Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü Azərbaycan Respublikasının Pakistandakı Səfirliyində anılıb. Əvvəlcə Səfirliyin kollektivi ümummilli lider Heydər Əliyevin Səfirlikdəki büstü önünə çiçəklər qoymuş, xatirəsinə ehtiramlarını bildirmişlər.
Səfirlikdən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə Səfirlikdə keçirilən tədbirdə ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyəti, Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri qeyd olunmuş, Heydər Əliyevin əziz xatirəsinin Azərbaycan xalqının yaddaşında daim yaşadığı vurğulanmışdır.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə bağlı keçirilən ağacəkmə aksiyasında və iməcilikdə səfirliyimizin kollektivi Azərbaycanın Respublikasının Pakistan İslam Respublikasındakı Səfirliyinin ərazisində və ətrafında ağac, çiçək və bəzək kolları əkmiş,çiçək və kolların ətrafını taxta dirəklərlə möhkəmləndirmiş, səfirliyin həyatyanı sahəsində olan bitkilərə qulluq göstərmiş və su vermişlər.

Pakistanda ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib
Pakistanda ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib
Pakistanda ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib
Pakistanda ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib
Pakistanda ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031