SON DƏQİQƏ

naxcivanxeberleri.com

Myanmada sərnişin təyyarəsi qəzaya uğrayıb

Myanmada sərnişin təyyarəsi qəzaya uğrayıb
8-05-2019, 22:36

Myanmanın paytaxtı Yanqon şəhərinin beynəlxalq hava limanında ”Biman Bangladesh Airlines” şirkətinə məxsus “DHC-8 Dash8” təyyarəsi uçuş zolağından kənara çıxaraq qəzaya uğrayıb.

NAXCİVANXEBERLERİ.COM “The Dhaka Tribune”ə istinadən xəbər verir ki, hadisə Dəkkədən gələn təyyarənin yerə enməsi vaxtı baş verib.

Banqladeş səfiri Məncurul Kərim Xan Çoudhurinin verdiyi məlumata görə, qəzaya təyyarə enərkən fırtına və yağış səbəbindən ön təkərlərin sıradan çıxması səbəb olub.

Təyyarədə 29 sərnişin, iki pilot və iki bələdçinin olduğu bildirilib. Qəzada 17 sərnişin və iki pilotun xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi, vəziyyəti yüngül olan 11 sərnişinin isə hava limanının klinikasına müraciət etdiyi deyilir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031