SON DƏQİQƏ

naxcivanxeberleri.com

Putinlə Baydenin müzakirə etdiyi məsələlər açıqlanıb

Putinlə Baydenin müzakirə etdiyi məsələlər açıqlanıb
7-12-2021, 22:49

Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Cozef Bayden arasında videokonfrans formatında keçirilən danışıqlarda müzakirə edilən məsələlər açıqlanıb.

NAXCİVANXEBERLERİ.COM  xarici mətbuata istinadən xəbər verir ki, dövlət başçıları iki ölkənin münasibətlərində strateji sabitliyi müzakirə ediblər. Danışıqlarda habelə İran məsələsində birgə fəaliyyəti, Ukrayna ətrafında gərginliyin aradan qaldırılması diqqət mərkəzində olub.

Ağ Evin yaydığı açıqlamada deyilir ki, Bayden Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirib, gərginliyi azaltmağa və danışıqlara qayıtmağa çağırıb.

"ABŞ və müttəfiqləri hərbi eskalasiya halında güclü iqtisadi və digər tədbirlərlə cavab verəcəklər", - Ağ Evin məlumatında deyilir.

Qeyd edək ki, danışıqlar iki saat davam edib və qapalı şəraitdə baş tutub.

Bu, iki ölkə liderinin ikinci görüşüdür. İlk təkbətək danışıqlar bu ilin iyununda Cenevrədə keçirilib, o zaman dövlət başçıları müəyyən razılıqlar əldə ediblər.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31