SON DƏQİQƏ

naxcivanxeberleri.com

İndoneziyada vulkan püskürməsindən ölənlərin sayı 34-ə çatıb

İndoneziyada vulkan püskürməsindən ölənlərin sayı 34-ə çatıb
7-12-2021, 22:12

İndoneziyanın Şərqi Yava əyalətində Semeru püskürməsi nəticəsində ölənlərin sayı 34-ə çatıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə İndoneziyanın Milli Fəlakətlərin İdarə Olunması Agentliyi məlumat yayıb.

Məlumata görə, vulkan bölgəsində daha 12 nəfərin meyiti tapılıb. İtkin düşən 17 nəfərin axtarışları davam etdirilir.

Vulkan püskürməsindən zərər çəkən 169 nəfər xəstəxanalarda müalicə alır.

Xatırladaq ki, Lumajang rayonunda 3 676 metr yüksəklikdə yerləşən vulkanın püskürməsi dekabrın 4-də baş verib. Təxminən 3700 nəfər təhlükəsiz ərazilərə təxliyə edilib. Ümumilikdə 3 minə yaxın ev və 24 məktəb binasına ziyan dəyib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31