SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dərman qıtlığı malyariyanın fəsadlarını artırıb

Dərman qıtlığı malyariyanın fəsadlarını artırıb
6-12-2021, 21:58

2020-ci ildə koronavirus pandemiyasının səbəb olduğu dərman qıtlığı dünyada malyariya xəstəliyindən ölüm hallarını xeyli artırıb.

NAXCİVANXEBERLERİ.COM  Ümumdünya Səhiyyə Təşkilatının hesabatına istinadən xəbər verir ki, bütövlükdə ötən il malyariyaya 241 milyon nəfər yoluxub və həmin xəstəlikdən 627 min nəfər ölüb. O cümlədən 50 minədək ölüm halı “pandemiya dövründə malyariyanın profilaktikası, müayinə və müalicəsilə bağlı yol verilən fasilələr”in nəticəsidir.

Yoluxmaların 95 faizi, ölümlərin isə 96 faizi Afrika ölkələrinin payına düşür. Bundan əlavə, ölənlərin 80 faizə qədəri 5 yaşınadək uşaqlardır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31