SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ermənistan Milli Təhlükəsizlik Şurasının iclası keçirilib

Ermənistan Milli Təhlükəsizlik Şurasının iclası keçirilib
6-12-2021, 17:27

Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 6-da Milli Təhlükəsizlik Şurasının toplantısını keçirib.

NAXCİVANXEBERLERİ.COM “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti bildirib.

Şuranın gündəliyi barədə məlumat verilməyib. İclasda qurumun üzvləri ilə yanaşı, parlamentin sədri Alen Simonyan, Baş nazir administrasiyasının rəhbəri Araik Arutyunyan, parlament sədrinin müavini Ruben Rubenyan, hakim “Vətəndaş razılaşması” parlament fraksiyasının rəhbəri Ayk Koncoryan, parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Eduard Ağacanyan, habelə parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının sədri Andranik Koçaryan da iştirak edib.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31