SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ermənistanın sərhəddə törətdiyi təxribatla əlaqədar sığorta ödənişinin verilməsinə başlanılıb

Ermənistanın sərhəddə törətdiyi təxribatla əlaqədar sığorta ödənişinin verilməsinə başlanılıb
6-12-2021, 16:18

Bu il noyabrın 16-da Ermənistanın sərhəddə törətdiyi təxribat nəticəsində həlak olmuş hərbçilərin vərəsələrinə və yaralanmış hərbi qulluqçulara birdəfəlik sığorta ödənişlərinin həyata keçirilməsi prosesinə başlanılıb.

NAXCİVANXEBERLERİ.COM "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinə istinadən xəbər verir ki, bunu qurumun icraçı direktoru Elmar Mirsalayev bildirib.

"Həmin döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu həlak olub, 10 hərbi qulluqçu isə yaralanıb. Həlak olmuş 7 hərbi qulluqçudan 2 hərbçinin vərəsəsinə Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta") birdəfəlik ödəniş həyata keçirib. Digər 5 şəhidimizin vərəsəsi və yaralanmış 10 hərbi qulluqçudan ödənişlə bağlı şirkətə hələ müraciət daxil olmayıb. Onlar da eyni qaydada müraciət edərək birdəfəlik sığorta ödənişlərini əldə edə bilərlər", - deyə o qeyd edib.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31