SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dünyada beynəlxalq miqrantların sayı 281 milyona çatıb

Dünyada beynəlxalq miqrantların sayı 281 milyona çatıb
2-12-2021, 14:28

Dünyada beynəlxalq miqrantların sayı son 50 ildə 84 milyondan 281 milyona qədər artıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının hesabatında deyilir.

Hazırkı qlobal qiymətləndirmələrə əsasən, 2020-ci ildə dünyada təxmiən 281 milyon beynəlxalq miqrant var ki, bu da dünya əhaləsinin 3,6 faizini təşkil edir.

Bildirilir ki, 1970-ci ildə beynəlxalq miqrantların sayı 84 milyon nəfər təşkil edib.

Qeyd edilir ki, koronavirus pandemiyası miqrasiyanın sürətini yavaşladıb. Koronavirus pandümiyasının təsirləri olmasa idi beynəlxalq miqrantların sayı təxminən 283 milyon təşkil edəcəkdi.

Hesabatda həmçinin beynəlxalq pul köçürmələrinin artmasına da diqqət yetirilib. Belə ki, 2000-ci ildə pul köçürmələri 126 milyard dollar təşkil edibsə, 2020-ci ildə bu rəqəm 702 milyard dollara bərabər olub. Pandemiya səbəbilə ekspertlər beynəlxalq pul köçürmələrinin kəskin azalacağını proqnozlaşdırsada, 2020-ci ildə 2019-cu il ilə müqayisədə azalma cəmi 2,4 faiz təşkil edib.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31