SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dünyada koronavirusa yoluxanların sayı 260 milyonu ötüb

Dünyada koronavirusa yoluxanların sayı 260 milyonu ötüb
29-11-2021, 23:36

Dünyada koronavirusa yoluxanların sayı 260 milyonu, ölənlərin sayı isə 5,2 milyonu ötüb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Məlumata görə, ÜST 260 867 011 yoluxma və 5 200 267 ölüm halı barədə məlumat alıb. Cümə günündən etibarən yoluxanların sayı 1 307 278 nəfər, ölənlərin sayı 16 768 nəfər artıb.

Ən çox yoluxma halı ABŞ-da qeydə alınıb - 47 837 599, ikinci yerdə Hindistan (34 580 832), üçüncü yerdə isə Braziliya (22 076 863) qərarlaşıb.

ÜST-ün statistikası yalnız ölkələr tərəfindən verilən yoluxm və ölüm haqqında rəsmi təsdiqlənmiş məlumatlara əsaslanır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31