SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bolqarıstan KİV-də Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşü geniş işıqlandırılıb

Bolqarıstan KİV-də Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşü geniş işıqlandırılıb
29-11-2021, 12:29

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın noyabrın 26-da Soçi şəhərində keçirdiyi üçtərəfli görüş və görüş nəticəsində əldə olunmuş razılaşmalar Bolqarıstan KİV-də geniş işıqlandırılıb.

Aparıcı yerli media agentlikləri Soçi görüşünün yekun Bəyanatında öz əksini tapmış bir sıra mühüm məqamların, o cümlədən regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə dəmir yolları xətlərinin, avtomobil yolları və bütün digər komunikasiyaların açılmasını ehtiva edən layihələrin tezliklə həyata keçirilməsi və yaxın zamanda iki ölkə arasında delimitasiya prosesinin başlanmasının vacib əhəmiyyətini vurğulayır.

Yayılmış məlumatlarda Prezident İlham Əliyevin Ermənistan tərəfinə qarşıdurmaya son qoymaq, hər iki ölkənin bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanımaq və münasibətləri normallaşdırmaq təklifinə diqqət çəkilir.

Eyni zamanda Bolqarıstan mətbuatında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Soçi görüşünün nəticələrinə dair şərhi də təqdim olunub və görüşün nəticələrinin Azərbaycan tərəfindən müsbət qiymətləndirildiyi diqqətə çatdırılıb.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31