11:11 - Niderland Kralı Azərbaycan Prezidentini təbrik edib
11:07 - Vladimir Putin Azərbaycan Prezidentinə məktub göndərib
10:21 - Ukraynada müharibədə ölən uşaqların sayı 240-a çatıb
10:14 - Birədən kiçik robot yaradılıb
10:09 - Tədqiqatlara görə uşaqlar zəkanı anadan alırlar
09:51 - Ukrayna BQ: "Rusiya qoşunları mülki obyektləri və yaşayış məntəqələrini atəşə tutur"
09:42 - MM-in yaz sessiyasının işləri planına daxil edilmiş 6 layihə qəbul edilməyib - SİYAHI
09:32 - “Anatolian Phoenix-2022” beynəlxalq təlimində tapşırıqlar uğurla icra olunub - FOTO, VİDEO
09:27 - Xarici işlər nazirinin müavini Norveçə səfər edib-FOTO
09:21 - Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (26.05.2022)
09:14 - Şagirdlərin elektron yerdəyişməsi dayandırılır
09:12 - Azərbaycan nefti cüzi ucuzlaşıb
09:08 - Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (26.05.2022)
08:42 - ABŞ Prezidenti Azərbaycana yeni səfirin namizədliyini irəli sürüb
Avropanın daha iki ölkəsi peyvənd olunmayanlar üçün məhdudiyyət tətbiq edir
Slovakiya və Çexiya koronavirusa qarşı peyvənd olunmayanlara məhdudiyyətlər tətbiq edəcək.
NAXCİVANXEBERLERİ.COM bu barədə “Assosiated Press”ə istinadən xəbər verir.
Slovakiyada sərt məhdudiyyətlər noyabrın 22-də başlayır və üç həftə qüvvədə olacaq.
Yeni qaydalara görə, koronavirusa qarşı tam peyvənd olunmuş və ya son 6 ay ərzində COVID-19-a yoluxan şəxslər restoranlara, ticarət mərkəzlərinə, idman obyektlərinə baş çəkə və kütləvi tədbirlərdə iştirak edə bilər. Onlar işə getmək üçün həftədə iki dəfə testdən keçməli olacaqlar. Yoluxmanın kəskin artımı qeydə alınan rayonlarda ictimai iaşə, idman klubları, gözəllik salonları və mehmanxanalar tamamilə bağlanacaq.
Çexiyada da peyvənd olunmayanların ictimai tədbirlərə, iaşə, mədəniyyət müəssisələrinə, bərbərlərə və mehmanxanalara girişi qadağan ediləcək. Qadağa bu yaxınlarda koronavirusa yoluxan şəxslərə şamil edilmir. İşə gedən və peyvənd olunmayanlar həftədə bir dəfə müayinədən keçməli olacaqlar.
Çexiyada yeni qaydalar noyabrın 22-dən fevralın sonuna kimi tətbiq edilir.
Qeyd edək ki, peyvənd olunmayanlar üçün karantin daha əvvəl Avstriyada elan edilib.