SON DƏQİQƏ

naxcivanxeberleri.com

İranda YDM-lərə kiberhücumun nəticələri qismən aradan qaldırılıb

İranda YDM-lərə kiberhücumun nəticələri qismən aradan qaldırılıb
27-10-2021, 13:22

İranda hökumət günün sonunadək ölkədəki bütün yanacaqdoldurma məntəqələrinin işini bərpa edəcək.

NAXCİVANXEBERLERİ.COM İRNA-ya istinadən xəbər verir ki, bunu İran neft məhsulları emalı və paylanması üzrə mili şirkətinin direktoru Cəlil Salari bildirib.

Onun sözlərinə görə, hazırda İran üzrə yanacaqdoldurma məntəqələrinin 80 faizi iş rejimini bərpa edib.

C.Salari deyib ki, 300-ə yaxın mütəxəssisdən ibarət qrup sistemin işinin bərpası ilə məşğuldur.

İran televiziyasının məlumatına görə, kiberhücum nəticəsində yanacaqdoldurma məntəqələrinin fəaliyyəti dayanıb.

Hakimiyyət hadisənin səbəbini araşdırır.

Qeyd edək ki, oktyabrın 26-da İranda yanacaqdoldurma məntəqələrinin fəaliyyətində fasilə yaranıb. Bu məntəqələrdə böyük növbələr yaradıb. Əhali bu hadisə ilə bağl hakimiyyətə etiraz edib.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031