SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Forbes” bəşər tarixinin ən varlı adamının adını açıqlayıb

“Forbes” bəşər tarixinin ən varlı adamının adını açıqlayıb
27-10-2021, 14:41

“Forbes” bazar ertəsi “Tesla”nın səhmlərinin qiymətlərinin artması fonunda sərvəti 270 milyard ABŞ dollara çatan İlon Maskı tarixin ən varlı adamı elan edib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, “Tesla”nın səhmləri bazar ertəsi şirkətin Hertz ilə distribütor parkına 100 000 elektrik avtomobilinin tədarükü ilə bağlı razılaşma xəbərləri fonunda təxminən 13 % bahalaşıb. Eyni zamanda “Tesla”nın kapitallaşması 1 trilyon dolları ötüb.

Nəşrin hesablamalarına görə, bazar ertəsi “Tesla” rəhbərinin sərvəti cümə günü 41,7 milyard dollar artaraq 271,3 milyard dollar təşkil edib. “Forbes Real-Time”sın məlumatına görə, hazırda Maskın sərvəti 257,6 milyard dollar təşkil edir.

Qəzet qeyd edib ki, bu, “Forbes”in 1982-ci ildə hesablamalara başladığından bu günə kimi ən yüksək göstəricidir. Bundan əvvəl “Amazon” şirkətinin qurucusu Ceff Bezosun sərvəti 212 milyard dollara çatanda o, tarixin ən zəngin adamı sayılırdı.

Qeyd edək ki, Amerikanın “Tesla Motors” şirkəti 2003-cü ildə elektrik avtomobilləri və onunla bağlı texnologiyaların istehsalçısı kimi təsis edilib.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031