SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bəhreyn 3-11 yaşlı uşaqlar üçün Sinopharm vaksinini təsdiqləyib

Bəhreyn 3-11 yaşlı uşaqlar üçün Sinopharm vaksinini təsdiqləyib
27-10-2021, 14:30

Bəhreynin səhiyyə orqanları Sinopharm peyvəndinin ölkədə 3 yaşdan 11 yaşa qədər olan bütün uşaqlar üçün tətbiq olunacağını elan edib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, vaksinasiya prosesində iştirak üçün qeydiyyat 27 oktyabrdan aktiv olacaq. Ölkənin Səhiyyə Nazirliyinin immunizasiya komitəsi müvafiq qərarın bütün "tibbi tövsiyələr" öyrənildikdən sonra verildiyini bildirib.

Bəhreynin Koronavirusla Mübarizə üzrə Milli Tibbi İşçi Qrupu yuxarıda qeyd olunan yaş qrupunu, onların ailələrini və cəmiyyəti qorumaq üçün peyvənd edilməsinin vacibliyini vurğulayıb.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031