SON DƏQİQƏ

naxcivanxeberleri.com

Çində əhaliyə 2,24 milyard doza COVID-19 peyvəndi vurulub

Çində əhaliyə 2,24 milyard doza COVID-19 peyvəndi vurulub
24-10-2021, 10:30

Çində COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesinin gedişində indiyədək əhaliyə 2,24 milyard doza peyvənd vurulub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Çin əhaliyə vurulan peyvənd dozasının sayına görə dünyada birincidir.

Sentyabrın 29-da Çin səlahiyyətliləri 1,047 milyard insanın tam peyvənd olunduğunu açıqlayıb.

Ötən ilin dekabrında başlayan vaksinasiya prosesinin ilk mərhələsində xüsusi risk qrupundan olanlara peyvənd vurulub. Fevralda isə könüllülük prinsipi əsasında kütləvi vaksinasiyaya start verilib.

Qeyd edək ki, 1,4 milyard nəfər əhalisi olan Çinin səlahiyyətli qurumları ilin sonunadək əhalinin 80-85 faizini koronavirus əleyhinə peyvəndləməyi hədəfləyib. Vaksinasiya prosesində yerli “Sinopharm” və “Sinovac” şirkətlərinin istehsalı olan ikidozalı 3 inaktiv, habelə “CanSino” şirkətinin birdozalı rekombinant adenovirus peyvəndindən istifadə olunur.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031