SON DƏQİQƏ

naxcivanxeberleri.com

Peyvənd olunmaq üçün günün ən münasib vaxtı müəyyənləşib

Peyvənd olunmaq üçün günün ən münasib vaxtı müəyyənləşib
22-10-2021, 23:30

Almaniya və İsveçrə alimləri laboratoriya siçanları və insan hüceyrələri üzərində aparılan təcrübələrdən istifadə edərək insanlarda immunitet sisteminin səhər saatlarında daha yüksək olduğunu aşkar ediblər.

NAXCİVANXEBERLERİ.COM-un xəbərinə görə, bu barədə "Neuroscience News" saytı məlumat verib.

Alınan nəticəyə əsasən belə müəyyən edilib ki, bu, peyvənd edərkən nəzərə alınmalıdır.

Tədqiqat zamanı Cenevrə və Lüdviq-Maksimilian universitetlərinin mütəxəssisləri orqanizmdəki dendritik hüceyrələrin istirahət mərhələsinin sonunda ən aktiv şəkildə hərəkət etdikləri qənaətinə gəliblər.

Alimlərin fikrincə, peyvənd və immunoterapiya zamanı günün vaxtı mütləq nəzərə alınmalıdır. Belə ki, düzgün vaxtda edilən peyvənd prosedurların effektivliyinə müsbət təsir göstərə bilər.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031