SON DƏQİQƏ

naxcivanxeberleri.com

Fransa Futbol Federasiyası Kilian Mbappeni 3 oyunluq cəzalandırıb

Fransa Futbol Federasiyası Kilian Mbappeni 3 oyunluq cəzalandırıb
3-05-2019, 19:19

Fransa Futbol Federasiyası PSJ-nın futbolçusu Kilian Mbappeni 3 oyunluq cəzalandırıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, səbəb 21 yaşlı hücumçunun Fransa Kubokunda "Renn" komandası ilə final matçının 118-ci dəqiqəsində qırmızı vərəqə almasıdır.

Diskvalifikasiya çempionat qarşılaşmaları daxil olmaqla, bütün turnirlərdə tətbiq ediləcək.

Qeyd edək ki, "Renn" - PSJ matçının əsas və əlavə vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Penalti zərbələrində isə "Renn" 6:5 hesabı ilə qələbə qazanıb. Beləliklə, Kilian Mbappe Fransa çempionatında "Nitsa", "Anje" və "Dijon"la matçlarda iştirak edə bilməyəcək. O, qırmızı vərəqə aldığı üçün XXXIV turda "Monpelye" ilə matçda da meydanda olmayıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930