SON DƏQİQƏ

naxcivanxeberleri.com

Messi “Barselona"da 600-cü qolunu vurub

Messi “Barselona
2-05-2019, 20:15

“Barselona" klubunun (İspaniya) forvardı Lionel Messi Çempionlar Liqasının ½ final mərhələsinin "Liverpul"a qarşı keçirilən ilk oyununda dubl etməklə, komandada 600-cü qolunu vurub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, "göy-qırmızılar"ın argentinalı kapitanı oyunda ilk qolunu 75-ci dəqiqədə vurub.

Onun qarşılaşmadakı ikinci qolu 82-ci dəqiqəyə təsadüf edib. Messi bu dəfə cərimə zərbəsindən rəqibin qapısına yol tapıb.

Messi “Barselona“nın heyətində ümumilikdə 683 matç keçirib. O, klubda ilk qolunu 14 il əvvəl - 1 may 2005-ci il tarixində “Albasete"nin qapısına vurub.

Messi cari mövsümdə klub səviyyəsində 46 oyunda iştirak edib, 48 qol vurub, 22 məhsuldar ötürmə edib. O, İspaniya çempionatında və Çempionlar Liqasında bombardirlər siyahısına başçılıq edir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930