SON DƏQİQƏ

naxcivanxeberleri.com

"United Airlines" aviaşirkəti 1,9 milyon dollar cərimələnib

"United Airlines" aviaşirkəti 1,9 milyon dollar cərimələnib
25-09-2021, 11:21

ABŞ Nəqliyyat Nazirliyi "United Airlines" aviaşirkətini təyyarələrinin uzun müddət uçuş sahəsində qalmasına görə 1,9 milyon dollar cərimələyib.

Bu barədə ABŞ Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: "ABŞ Nəqliyyat Nazirliyi bu gün təyyarələrin uzun müddət uçuş sahəsində qalmasını qadağan edən federal qanun və qaydaları pozduğuna görə "United Airlines" aviaşirkətini 1,9 milyon dollar cərimələyib".Qeyd edilir ki, federal qanuna əsasən, göyərtəsində 30 və ya daha çox sərnişin olan və daxili uçuş həyata keçirən təyyarələr sərnişinləri endirmədən uçuş sahəsində 3 saatdan, beynəlxalq uçuşlar həyata keçirən təyyarələr isə 4 saatdan çox qala bilməzlər.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031