SON DƏQİQƏ

naxcivanxeberleri.com

Avstraliya daha geniş səlahiyyətlərə malik güclü və müstəqil ÜST-nin yaradılmasını istəyir

Avstraliya daha geniş səlahiyyətlərə malik güclü və müstəqil ÜST-nin yaradılmasını istəyir
25-09-2021, 10:30

Avstraliya epidemioloji nəzarət sahəsində daha geniş səlahiyyətlərə malik güclü və müstəqil Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaradılmasına və COVİD-19 pandemiyasının səbəbinin tez bir zamanda öyrənilməsinə çağırıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Avstraliyanın baş naziri Skott Morrison BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı deyib.

Baş nazir bildirib ki, dünya ictimaiyyəti gələcək pandemiyaların qarşısını almağı öyrənməlidir və bunun üçün epidemioloji nəzarət və pandemiyalara cavab vermək üzrə daha geniş səlahiyyətlərə malik güclü və müstəqil ÜST yaratmaq lazımdır: "İndiki kimi şəraitlərdə hamımızı qoruya biləcək təşkilatı yaratmaq arzusunu bölüşmək Ümumdünya Səhiyyə Təşkilatına üzv olan hər bir ölkənin borcudur".

S.Morrison həmçinin qeyd edib ki, dünya ölkələri COVID-19-un ilk dəfə necə yarandığını öyrənmək üçün işləri sürətləndirməlidirlər.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031