SON DƏQİQƏ

naxcivanxeberleri.com

Rusiyada parlament seçkilərinin yekun nəticələri açıqlanıb

Rusiyada parlament seçkilərinin yekun nəticələri açıqlanıb
24-09-2021, 17:18

Rusiyada sentyabrın 17-dan 19-dək keçirilmiş parlament seçkilərinin rəsmi yekunları açıqlanıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, yekun nəticələrə əsasən, hakim "Vahid Rusiya" partiyası 49,82 faiz, Rusiya Kommunist Partiyası 18,93 faiz, Rusiya Liberal-Demokrat Partiyası 7,55 faiz, "Ədalətli Rusiya - Həqiqət naminə" partiyası 7,46 faiz, "Yeni insanlar" partiyası 5,32 faiz səs toplayıb.

Koronavirus pandemiyası ilə əlaqədar üç gün ərzində keçirilmiş seçkilərdə 56,5 milyona yaxın seçici iştirak edib. Seçici fəallığı 51,72 faizə bərabər olub.

2016-cı ildə keçirilmiş parlament seçkilərində seçici fəallığı 47,88 faiz təşkil etmişdi.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031