SON DƏQİQƏ

naxcivanxeberleri.com

İki milyardıncı "iPhone" satıldı

İki milyardıncı "iPhone" satıldı
23-09-2021, 20:15

ABŞ-ın "Apple" şirkəti 2 milyardıncı "iPhone" smartfonunu satıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə "Asymco" analitika agentliyinin hesabatında deyilir.

Qeyd olunur ki, 2 milyardıncı smartfon bu həftə satılıb.

Hesabata əsasən, hazırda bütün dünyada 1 milyard nəfərdən çox "iPhone" istifadəçisi var. Ümumilikdə, smartfon istifadəçilərinin (3,8 milyard nəfər) 26 faizi "iPhone" istifadəçisidir.

Qeyd edək ki, "Apple" 1 milyardıncı "iPhone"u 2016-cı ilin iyulunda satmışdı.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031