SON DƏQİQƏ

naxcivanxeberleri.com

KİV: Ermənistan BMT-yə qeyri-ciddi yanaşır

KİV: Ermənistan BMT-yə qeyri-ciddi yanaşır
23-09-2021, 13:40

"Artıq br neçə gündür ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 76-cı sessiyası işə başlayıb. Sessiyanın işində dünyanın bir çox ölkələri dövlət başçıları səviyyəsində iştirak edir. Ermənistan sessiyanın işində iştirak etmir və bu, çox qəribədir".

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə “Yerevan today” yazıb.

Agentlik bildirib ki, Nikol Paşinyan və onun hakimiyyət komandasının heç bir üzvü sessiyaya qatılmayıb.

Daha əvvəl bildirilmişdi ki, Ermənistan sessiyada Xarici İşlər Nazirliyinin başçısı səviyyəsində iştirak edəcək. “Yerevan today” müxtəlif ölkələrin nümayəndələrinin ikitərəfli görüşlər keçirdiyini, amma Ermənistan haqqında heç bir xəbər olmamasına diqqət çəkib.

Ermənistan Xarici İşlər Nazirliyinin xarici işlər naziri Ararat Mirzoyanın ABŞ-a işgüzar səfərə yola düşdüyünü bildirsə də, agentlik bu səfər barədə xəbərin dəqiq olmadığını iddia edib.

“Xatırladaq ki, Nikol Paşinyan 2018-ci ildə sessiyaya qatılıb və bütün çıxışını inqilaba həsr edərək, keçmişi rədd etməklə Ermənistanı rüsvay edib”, - agentlik bildirib.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031