SON DƏQİQƏ

naxcivanxeberleri.com

ABŞ-da ehtiyatların azalması fonunda neft bahalaşır

ABŞ-da ehtiyatların azalması fonunda neft bahalaşır
16-09-2021, 15:00

ABŞ-da xam neft ehtiyatlarının azalması haqqında statistikanın dərc olunmasından sonra dünya bazarlarında neft bahalaşmaqda davam edir.

NAXCİVANXEBERLERİ.COM “Investing.com” saytına istinadən xəbər verir ki, Bakı vaxtı ilə 09.02-yə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin noyabr fyuçersləri 0,27% bahalaşaraq, 1 bareli 75,66 ABŞ dollarına satılıb. WTI neftinin oktyabr fyuçerslərinin qiyməti də 0,26% bahalaşaraq, 1 bareli 72,8 ABŞ dolları təşkil edib.

Ötən həftənin nəticələrinə əsasən ABŞ-da “qara qızıl” ehtiyatı 6,4 milyon barel, yaxud 1,5% azalaraq, 417,4 milyon barelə düşüb. Analitiklər azalmanın 3,5 milyon barel olacağını güman edirdilər.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031