SON DƏQİQƏ

naxcivanxeberleri.com

Çili peyvənd olunan əcnəbilər üçün sərhədlərini açır

Çili peyvənd olunan əcnəbilər üçün sərhədlərini açır
16-09-2021, 10:43

Çili hökuməti koronavirusa qarşı təsdiq edilmiş vaksinləmə sertifikatına malik olan əcnəbilərin ölkəyə girişinə qoyulmuş qadağanı ləğv etmək qərarına gəlib.

NAXCİVANXEBERLERİ.COM TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

“Hökumət peyvənd olunmuş əcnəbilərin oktyabr ayının 1-dən etibarən ölkəyə girişinə icazə verir”, - məlumatda deyilir.

Bununla belə, ölkəyə daxil olan bütün şəxslər 5 günlük karantinə riayət etməlidirlər. Onlar həmçinin 14 gün ərzində öz səhhətləri və yerləşmə yerləri haqqında məlumat verməlidirlər.

Xatırladaq ki, indiyədək ölkədə 1,6 milyon nəfər koronavirusa yoluxub, onlardan 37 min nəfəri ölüb. 19,6 milyon əhaliyə malik ölkədə 13,3 milyon nəfər tam peyvənd olunub.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031