SON DƏQİQƏ

naxcivanxeberleri.com

ABŞ-ın hər beş yüz sakinindən biri koronavirusdan ölür

ABŞ-ın hər beş yüz sakinindən biri koronavirusdan ölür
16-09-2021, 14:00

Amerika Birləşmiş Ştatlarının (ABŞ) hər 500 sakinindən 1-i koronavirus infeksiyasından vəfat edir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə ABŞ-da koronavirusa yoluxma və ölümlə bağlı statistika aparan Cons Hopkins Universiteti bildirib.

Universitetin məlumatına görə, Birləşmiş Ştatlarda COVID-19-dan 666 525 ölüm qeydə alınıb. Qeyd edilir ki, ölkədə 332,7 milyondan çox insan yaşayır. Bu, hər 500 amerikalıya 1 ölüm faktı deməkdir.

ABŞ dünyada koronavirusa yoluxma və ölüm hallarının sayına görə birinci yerdədir. Universitetin məlumatına görə, pandemiyanın əvvəlindən bu günə kimi ölkədə 41 531 501 insan koronavirusa yoluxub.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031