SON DƏQİQƏ

naxcivanxeberleri.com

Efiopiyada yüzdən artıq insan aclıqdan ölüb

Efiopiyada yüzdən artıq insan aclıqdan ölüb
7-09-2021, 22:29

Efiopiyanın Tiqray əyalətində avqust ayı ərzində təxminən 150 nəfər aclıqdan ölüb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, əyalətdə ərzaq ehtiyatları tamamilə tükənib. Bu əyalətin mərkəzi, cənub və şərq hissələrində, eləcə də Şire bölgəsindəki köçkünlər üçün yaradılan düşərgələrdə aclıq hökm sürür.

Bundan əvvəl BMT-nin Dünya Ərzaq Proqramı qarşıdakı 6 ayda Efiopiyada, xüsusən Tiqray regionunda 5,2 milyon insanın aclıq fəlakəti ilə qarşı-qarşıya qalması ilə bağlı xəbərdarlıq edib. Təşkilat fəlakətin qarşısını almaq məqsədilə 426 milyon dollar məbləğində vəsaitə ehtiyac olduğunu bildirib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031