SON DƏQİQƏ

naxcivanxeberleri.com

ÜST koronavirusa qarşı peyvəndlənmənin üçüncü dozasına moratorium tətbiq etməyə çağırır

ÜST koronavirusa qarşı peyvəndlənmənin üçüncü dozasına moratorium tətbiq etməyə çağırır
4-08-2021, 20:11

Dünya ictimaiyyəti koronavirusa qarşı peyvəndlənmənin üçüncü dozasına moratorium tətbiq etməlidir.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreyesus deyib.

O bildirib ki, bu, vaksinlərin dünyada qeyri-bərabər paylanmasının qarşısını almaq üçün lazımdır: "ÜST vaksinlərin dünya ölkələri üzrə paylanmasına nəzarət edir və bunu davam etdirəcək. Təşkilat dəfələrlə zəngin ölkələri azgəlirli ölkələrlə peyvəndləri paylaşmağa çağırıb. Amma vaksinlərə çıxış imkanlarında qeyri-bərabərlik qalmaqdadır".

ÜST rəhbəri əlavə edib ki, bu günədək dünyada 4 milyard vaksin olunub və bunun 80 faizi yüksək və ortagəlirli ölkələrin payına düşüb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930