SON DƏQİQƏ

naxcivanxeberleri.com

Özbəkistan və Çin ticarət dövriyyəsini ildə 10 milyard dollara çatdırmağı nəzərdən keçirir

Özbəkistan və Çin ticarət dövriyyəsini ildə 10 milyard dollara çatdırmağı nəzərdən keçirir
26-04-2019, 19:49

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Çin Xalq Respublikasında keçirilən 2-ci "Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirak etmək üçün bu ölkədə işgüzar səfərdədir.

NAXCİVANXEBERLERİ.COM Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, səfər çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident Şavkat Mirziyoyevlə görüşüb.

Görüşdə ticarət-iqtisadi, energetika, nəqliyyat-kommunikasiya, sənaye, maliyyə, kənd təsərrüfatı, beynəlxalq avtomobil və dəmir yolu xətlərinin çəkilişi, elm, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi, həmçinin Mərkəzi Asiya regionunda o cümlədən Əfqanıstanda sülhün və sabitliyin qorunması, Özbəkistanda Çin Mədəniyyət Mərkəzinin yaradılması məsələləri müzakirə olunub.

Görüşdə qeyd edilib ki, ötən ilin ölkələr arasında ticarət dövriyyəsi 6,4 milyard dollar olub. Yaxın illərdə bu rəqəmin 10 milyard dollara çatdırılması imkanları nəzərdən keçirilib. Bildirilib ki, Çinin Özbəkistana qoyduğu sərmayə və ayırdığı kredit xətti 8 milyard dollardan artıq olub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30