20:20 - Naxçıvan Dövlət Universitetində tələbələrlə maarifləndirici görüş keçirilib
19:46 - Türkiyənin xarici ticarət dövriyyəsi 248 milyard dolları ötüb
18:47 - Ərdoğan Putin və Zelenski ilə telefonla danışacaq
18:02 - Aşıq Ələsgərin heykəlinin hazırlanması üçün müsabiqə başa çatıb
17:35 - Vladimir Solovyov: “Öz adımdan Azərbaycandan üzr istəyirəm”
17:17 - Ukrayna azad etdiyi İlan adasına qoşun yerləşdirməyə hazırlaşır
17:02 - Gənclər üçün ödənişsiz ilk yardım təlimləri başa çatıb-FOTO
16:45 - Qazlı içkilərin insan orqanizminə təsiri
16:12 - Dəniz nəqliyyatı işçiləri təltif edilib - SİYAHI, SƏRƏNCAM
16:07 - “Nağdsız hesablaşmalar haqqında” qanunun əhatə dairəsi genişləndirilib
15:56 - Hacı Əliyev Naxçıvanda güləşçilərə seminar keçib-FOTO
15:35 - İlham Əliyev Özbəkistan Senatının sədrini qəbul edib-FOTO, YENİLƏNİB
Ermənistanın Baş naziri postuna Nikol Paşinyanın namizədliyi irəli sürülüb
Ermənistan parlamentində çoxluqda olan “Vətəndaş müqaviləsi” fraksiyası Baş nazir səlahiyyətlərinin icra edən Nikol Paşinyanın namizədliyini bu posta irəli sürüb.
NAXCİVANXEBERLERİ.COM “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə fraksiyanın katibi Nazeli Baqdasaryan feysbuk səhifəsində yazıb.
Ermənistan Konstitusiyasına əsasən, ölkə prezidenti yeni parlament səlahiyyətlərinin icrasına başlayandan dərhal sonra Baş nazir postuna çoxluğun nümayəndəsini təyin edir. Nazirlər Kabineti isə Baş nazir təyinatından sonra 15 gün ərzində formalaşır. Hökumət başçısı 20 gün ərzində parlamentə Nazirlər Kabinetinin proqramını təqdim etməlidir.
Qeyd edək ki, bu il iyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkilərdə Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın Vətəndaş Müqaviləsi Partiyası (71 deputat) qalib gəlib. Keçmiş prezident Robert Koçaryanın “Ermənistan” bloku 29 deputat, sabiq dövlət başçısı Serj Sarqsyan və Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyanın “Şərəf duyuram” bloku 7 deputatla parlamentdə təmsil olunurlar.