SON DƏQİQƏ

naxcivanxeberleri.com

ABŞ-da vaksinləmənin populyarlaşdırılmasına blogerlər cəlb edilir

ABŞ-da vaksinləmənin populyarlaşdırılmasına blogerlər cəlb edilir
2-08-2021, 14:00

ABŞ-ın federal və yerli hakimiyyət orqanları öz auditoriyaları arasında koronavirusa qarşı vaksinləmənin zəruriliyini təbliğ etmələri üçün bir sıra kontent yaradıcıları ilə əməkdaşlığa başlayıblar.

NAXCİVANXEBERLERİ.COM TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, Ağ Ev “TikTok”, “Twitch” və “YouTube”da böyük izləyici sayına malik 50 blogerlə razılığa gəlib.

Bundan başqa, ştat və dairə hakimiyyət orqanları vaksinləməni təbliğ etmələri qarşılığında yerli blogerlərə 1 000 ABŞ dolları təklif edirlər.

Bu cür tədbirlərin xüsusən də gənc auditoriyanı hədəflədiyi iddia edilir. Belə ki, 18-39 yaş arası ABŞ-lıların azı yarısı, 50 yaşdan yuxarı ölkə vətəndaşlarının isə üçdə iki hissəsi peyvənd olunub. Hakimiyyət orqanları vaksinlər haqqında yayılmaqda olan yalan informasiya ilə mübarizədə blogerlərin faydalı olacağını güman edirlər.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930